«Mədəniyyət Nazirliyində üç istiqamət üzrə islahatlar aparılır»

«Mədəniyyət Nazirliyi Aparatının strukturu təsdiqlənib. Yenilənmələr var və məqsədi müasir çağırışlara cavab verən aparat strukturunun formalaşdırılmasıdır».

Millitribuna.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib.

O bildirib ki, ilk dəfə Mədəniyyət Nazirliyində Strateji inkişaf və layihə idarəedilməsi şöbəsi yaradılıb: «Bu şöbə Mədəniyyət Strategiyasının koordinasiyası ilə məşğul olacaq. Eyni zamanda, biz istəyirik ki, layihəyönümlü yanaşma da tətbiq edilsin. Koroporativ idarəçilik tətbiq edilsin ki, konkret məqsədlər və hədəflərə yönümlü bir idarəçilik olsun. Növbəti mərhələdə Mədəniyyət Nazirliyinin sistemində islahatlar aparılmalıdır. Burada 3 əsas istiqamət var. Birinci hüquqi islahatlardır. Bəzi müəsissələrin hüquqi statusu tam formalaşmayıb. Bu da müəssisələrin fəaliyyətinə maneə törədir.

İkinci istiqamət kimi infrastruktur və struktur dəyişiklikləri nəzərdə tutulur. Üçüncü istiqamət isə insan kapitalının inkişaf etdirilməsidir. Bunun ən yaxşı nümunəsi Azərbaycan Kino Agentliyidir. İslahatlarla bağlı məsələnin razılaşdırılması prosesi bu yaxınlarda yekunlaşdırılacaq. Bunun məqsədi kino kimi çox əhəmiyyətli sahənin tənzimlənməsi, sərmayələrin cəlb edilməsini təmin etmək və kadrların yetişdirilməsinin təməlini qoymaqdır.

Eyni zamanda, Azərbaycanın kino sahəsinin dünyada olduğu kimi inkişaf etdirilməsidir. Biz Azərbaycanın kino çəkilişi baxımından çox maraqlı səhnə olmasını sübut etməliyik. Bu mövcud infrastrukturun aktivlərinin düzgün formatda çəkilib təqdim edilməsidir. Digər istiqamət isə Azərbaycanın kino sahəsini kommersiya baxımından inkişaf etdirməkdir».

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *