Mədəniyyət naziri: “Ermənistan törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməlidir”


“Ermənistan Azərbaycana məxsus tarixi abidələri dağıtmaqla törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməlidir”.

Millitribuna.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

O söyləyib ki, Mədəniyyət Nazirliyi Qarabağda dağıdılan abidələri daima diqqət mərkəzində saxlayır.

Nazir dağıntıların daima beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində işlərin aparıldığını bildirib:

“Bu məsələ hər zaman bizim gündəmimizdədir. 30 il işğalda qalan, vandalizmə məruz qalan abidələrin ilk olaraq inventarlaşdırılması məsələsini həll etmişik. Daha sonra foto-video fiksasiya edilərək, dağıdılma vəziyyətinə uyğun olaraq təsnifatlandırılıb. Davamlı olaraq, beynəlxalq təşkilatlara UNESCO, İSESCO kimi təşkilatlata göndərilir, məlumatlandırılır”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir