Lukaşenko Özbəkistanı dərs çıxarmağa dəvət etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-nin Qazaxıstandakı vəziyyətlə bağlı videokonfrans formatında keçirilən növbədənkənar sessiyasında Özbəkistan hökumətinə səslənib.

“Baş verən hadisələrdən hər kəsdən öncə Özbəkistan nəticə çıxarmalıdır. Əgər onlar bunu etməsə, bizdə olan məlumatlara görə, onların (Qazaxıstandakı kütləvi etiraz aksiyalarının təşkilatçılarını nəzərdə tutur — red.) baxışları Özbəkistana yönəlib” — deyə Aleksandr Lukaşenko vurğulayıb.

A.Lukaşenko söyləyib ki, Qazaxıstan və ümumilikdə Mərkəzi Asiyanın postsovet respublikaları ətrafında vəziyyəti gərginləşdirmək istəyən çox sayda qüvvə cəmləşib.

“Qazaxıstanla sərhəddə çoxlu sayda beynəlxalq terrorçu toplanıb. Postsovet respublikalarında bu mənfi tendensiyaları aradan qaldırmaq üçün, indiki halda Qazaxıstanda olan problemi yalnız Qazaxıstan çərçivəsində həll etmək kifayət etmir. Gördüyümüz kimi, ən yaxın xalqlar — qazaxlar və qırğızlar postsovet dövründən miras qalmış və yaradılmış çətin problemləri birlikdə həll etməyə çalışmalıdırlar” — deyə 67 yaşlı siyasətçi vurğulayıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *