Litva XİN başçısı: «Azərbaycan regionda çox vacib tərəfdaşdır»

“Biz Azərbaycanı Litvanın regiondakı çox vacib tərəfdaşı kimi qiymətləndiririk”.

Millitribuna.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Litvanın xarici işlər naziri Qabrielius Landsbergis azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra bildirib.

Onun sözlərinə görə, Litva Azərbaycanla münasibətləri və tərəfdaşlığı dərinləşdirmək və gücləndirməkdə maraqlıdır.

Q.Landsbergis qeyd edib ki, bu, onun Bakıya ilk səfəri deyil, və 15 il əvvəl “ölkələr arasında iş birliyi hələ yeni başlayanda” burada olub.

O, Litvanın Azərbaycanın azad edilmiş ərazilərinin bərpası prosesində kömək etməyə hazır olduğunu qeyd edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *