Lenin mavzoleyi bağlanacaq

Qırmızı meydanda yerləşən Lenin mavzoleyi fəaliyyətini müvəqqəti olaraq dayandıracaq.

Millitribuna.az xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. Qeyd olunub ki, 24 iyulda zabitlərin məzun olmasına həsr olunmuş tədbirlərlə əlaqədar olaraq Lenin mavzoleyi işləməyəcək.

Mavzoley 1924-cü ildə, Leninin ölümündən qısa vaxt sonra açılıb. İlk mavzoley taxtadan olub, sonradan iki dəfə yeni mavzoley inşa olunub. Sonuncu mavzoley 1930-cu ildə memar Şusevin layihəsi əsasında tikilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app