Laçında kombayn aşıb: 2 ölü

Laçın rayonunda kombayn aşıb, iki nəfər ölüb.

Millitribuna.az-ın məlumatına görə, hadisə iyulun 24-ü saat 19:30 radələrində rayonun Güləbird kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd ərazisində əkilmiş taxıl sahəsində işləyən Goranboy rayon sakini, 1969-cu il təvəllüdlü Müşfiq Əliyevin idarə etdiyi “Claas-630” markalı kombaynı aşıb. Nəticədə həmin nəqliyyat vasitəsinin digər sürücüləri – Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Kazım Abbasov və Samux rayon sakini, 1979-cu il təvəllüdlü Yusif Abışov hadisə yerində ölüb, M.Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.