Laçın və Kəlbəcərdə külək stansiyası tikiləcək

Laçın-Kəlbəcər rayonlarında külək elektrik stansiyası tikiləcək.

Millitribuna.az  xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda qeyd olunub.

Tədbirlər Planına əsasən, Energetika Nazirliyi “Azərenerji” ASC ilə birlikdə Laçın-Kəlbəcər rayonlarında külək elektrik stansiyasının tikintisini təmin etməlidir.

Nazirlik 2022- 2026-cı illər ərzində layihəyə hazırlıq işlərinin görülməsi, müqavilələrin imzalanması, stansiyanın tikintisini (400 MVt gücündə) təmin etməlidir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.