Küləkli hava şəraiti sabah da davam edəcək

“Azərbaycan ərazisində hazırda müşahidə olunan küləkli hava şəraiti martın 15-i gecə saatlarında mülayimləşəcək”.

Millitribuna.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O bildirib ki, martın 15-i gün ərzində paytaxt Bakı və bölgələrdə hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək: “Mülayim cənub küləyi əsəcək”.

G.Məmmədova qeyd edib ki, ilkin məlumata görə yaxın iki gün ərzində hava şəraitində ciddi dəyişiklik gözlənilmir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir