“Kredit ödənməsə, tələbədən məhkəmə qaydasında alınacaq”

Təhsil Nazirliyi təhsil-tələbə krediti götürən, lakin ödənişi etməyən tələbələrlə bağlı məsələyə münasibət bildirib. 

Millitribuna.az xəbər verir ki, bu barədə bu gün keçirilən brifinqdə təhsil nazirinin müavini İdris İsayev danışıb.

O qeyd edib ki, tələbələrə təhsil müəssisəsini bitirdikdən sonra iki il ərzində güzəşt ediləcək: “Təhsil müddəti bitəndən sonra güzəşt dövrü gəlir. Bu dövr iki ildir. Bunu təhsildən əmək bazarına keçid dövrü də adlandıra bilərik. Tələbə bu dövrdə işləməyə başlayacaqsa, ondan kredit borcunu tələb edəcəyik. O dövrdə işləməyəcəksə, ondan kredit tələb olunmayacaq və faiz hesablanmayacaq. Əgər kreditin ödənməməsi ilə bağlı hal olarsa, həmin vəsait məhkəmə qaydasında tələbədən alınacaq”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *