Koronavirusun yayılmasının qarşısını 95 faiz alacaq saqqız hazırlandı

ABŞ alimləri koronavirusun yayılmasının qarşısını alacaq saqqız hazırlayıblar.

Millitribuna.az xəbər verir ki, saqqızda koronavirus hissəciklərini tutan və tüpürcəkdəki virusun miqdarını məhdudlaşdıra bilən zülal var.

Tədqiqatçılar bildirirlər ki, yoluxmuş insanlar nəfəs alarkən və ya öskürərkən, söhbət edən zaman saqqız COVID-19-un ötürülməsi mane ola bilər.

Pensilvaniya Universitetinin tədqiqat qrupu nəticədə nümunələrdə virus yükünün 95 faiz azaldığını bildirib.

Qeyd edilir ki, saqqız ənənəvi saqqızlara bənzəyir, normal temperaturda illərlə saxlanıla bilir və çeynəmə ACE2 protein molekullarına zərər vermir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *