“Kayrat”ın erməni futbolçusu Bakıya gəlməyəcək

Qazaxıstanın “Kayrat” komandasının erməni futbolçusu Kamo Ohanesyan “Qarabağ”a qarşı UEFA Konfrans Liqasının qrup oyunu üçün Bakıya gətirilməyəcək.

Millitribuna.az xəbər verir ki, bu barədə “Report”a Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, Almatı təmsilçisinin “Qarabağ”a göndərdiyi siyahıda 29 yaşlı müdafiəçinin adı yoxdur.

Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Kayrat” oyunu saat 20:45-də başlayacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir