«Kaş ondan boşanardım» — Əməkdar artist

«Həyat yoldaşımdan sonra mahnı yazdırmamışam. Söz vermişəm, daha ağlamayacam. Deyirdim ki, kaş ondan boşanardım. Məni belə yandırmazdı».

Millitribuna.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülbahar Şükürlü «Günün sədası» verilişində deyib. Qarmon ifaçısı vəfat edən həyat yoldaşı Zahid bəydən danışıb. Onu itirməsindən danışan musiqiçi kövrəlib:

«Hərdən deyəndə «güclü qadınsan», gülmək tutur məni. Onun yanında güclü idim, onsuz yox. Görünməyən tərəflərim var. Çox gücsüzəm.  Balıq sudan çıxır, yaşamır. Mən də sudan çıxmış kimiyəm. Əvvəl təsəlli istəmirdim, indi istəyirəm.

Hərdən deyirəm ki, çox üzlü adamam, yaşayıram. Zahid mənsiz yaşamazdı. Dözməzdi…».

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *