Kanye haqda filmin hüquqları 30 milyona satıldı

Amerikalı məşhur milyarder repçi Kanye Uest haqqında lentə alınan sənədli filmin hüquqları 30 milyon dollara satılıb.

Millitribuna.az xəbər verir ki, bu barədə «Variety» nəşri məlumat yayıb.

Bildirilib ki, «Coodie & Chike» rejissor duetinin 20 il ərzində çəkdiyi filmin hüquqlarını «Netflix» platforması alıb.

Adı hələlik məlum olmayan ekran işində Kanyenin anasının ölümündən və repçinin erkən rəssamlıq karyerasından bəhs olunacaq. Film bu ilin sonunda tamaşaçılara təqdim olunacaq.(axsam.az)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *