Kanada Ukraynadakı hərbi kontingentini gücləndirir

Kanada hökuməti Ukraynadakı hərbi kontingentini gücləndirmək üçün müxtəlif variantları nəzərdən keçirir.

Millitribuna.az xəbər verir ki, bu barədə “Globe and Mail” qəzeti məlumat yayıb.

Məlumata görə, Kanadanın milli müdafiə naziri təyin edilmiş Anita Anand hazırda belə bir təklifi nəzərdən keçirir.

Mövcud kontingenti gücləndirmək üçün bir neçə variant var: Ukraynaya bir neçə yüz hərbi qulluqçu göndərmək, Rumıniyadan bu ölkəyə Kanadanın CF-18 qırıcılarını köçürmək, Kanada Hərbi Dəniz Qüvvələrinin hərbi gəmisini Qara dənizə göndərmək.

Qeyd edək ki, 2015-ci ildən Kanada Silahlı Qüvvələri Ukraynanın Lvov vilayətindəki Yavoriv poliqonunda əsgər və zabitlərə təlim keçir. Missiyaya təxminən 200 kanadalı hərbçi daxildir. 2019-cu ilin martında Kanada hökuməti Ukraynadakı missiyanın müddətini 2022-ci ilin yazına qədər uzatmaq qərarına gəlib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *