Kafedra müdiri koronavirusdan dünyasını dəyişdi

Bakı Mühəndislik Universitetinin Fizika kafedrasının müdiri Baba Qasımov koronavirusdan vəfat edib.

Millitribuna.az xəbər verir ki, bu haqda universitetdən məlumat verilib. Mərhumun ötən gün dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Baba Musa oğlu Qasımov M.V. Lomonosov adına Moskva Dövlət Universitetini bitirib. Azərbaycan Dövlət Universitetində, Qafqaz Universitetində, Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Fizika-riyaziyyat üzrə elmlər namizədi olub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *