Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunun Karaköy məhəlləsindəki Surp Pırgiç erməni katolik kilsəsinin yataqxana hissəsində baş verən yanğında 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
Millitribuna.az xəbər verir ki, yanğın zamanı 3 partlayış səsi eşidilib.
Yanğınsöndürənlərin 4 saatlıq fəaliyyətindən sonra yanğın söndürülüb.
Hadisənin başvermə səbəbi bəlli deyil. Faktla bağlı araşdırma aparılır.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app