İştahsızlıq yaradan qidalar və fəsadları

Xüsusən pəhriz saxlayanlar üçün iştahasızlıq yaxşı bir şey kimi görünsə də, əslində bu vitamin və mineral çatışmazlığına səbəb olur. Bədənin gün ərzində istehsal edə bilmədiyi vitaminlərə ehtiyacı var ki, onları qidalardan təmin edir. Bu vitaminlərin qəbulunun azalması nəticədə immunitetin aşağı düşməsinə və müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır.

Millitribuna.az iştahanı azaldan qidaları təqdim edir.

Paxlalı bitkilər

Paxlalı bitkilər xolesistokin baxımından çox zəngindir. Bu maddə bədənə daxil olduqda daha çox həzm sistemində ifraz olunur. Təbii iştahı kəsən bu qida şəkərin də düşməsinə gətirib çıxarır.

Yumurta

Səhər yeyilən yumurta gün ərzində toxluq hissi yaradır. Bu vəziyyət normal şəraitdə kilo vermək üçün yaxşı görünsə də, vitamin və mineral çatışmazlığı olan insanlar üçün sağlamlıq baxımından heç də yaxşı deyil.

Yaşıl çay

Pəhriz siyahılarının başında yer alan yaşıl çay həddindən artıq istehlak edildikdə maddələr mübadiləsini sürətləndirir və iştahı kəsərək ishal yaradır.

Zeytun yağı

Kalori yandırmaq baxımından ən ideal qidadır. Ancaq uzun müddət toxluq hissi yarada bilmə səbəbiylə iştahanın azalmasına səbəb olur. İştah azaldıqca orqanizmdə vitamin itkisi artır.

Sirkə

Həzm sistemini ləngidərək uzun müddət toxluq hissi yaradır. Bununla birlikdə qəbizlik və iştahasızlığa səbəb olur. Bu da zamanla ciddi narahatlıq yaradır.

Qreyfurt

Sürətli kilo verməyə kömək edən ideal bir qida olmasına baxmayaraq, balanssız istehlak edildikdə bədəndə bəzi mənfi fəsadlar yaradır.

Darçın

Qan şəkərini aşağı salaraq ürəkgetməsinə səbəb ola bilər.

Bibər

Araşdırmalar göstərir ki, səhər yeməyində acı bibər istehlak edildikdə, bütün gün toxluq hissi yaradır. Ancaq digər sadalanan qidalar kimi bu da vitamin və mineral çatışmazlığı yaradır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir