İsraildə çempion müəyyənləşdi

İsrail yüksək liqasında 2021/22 mövsümünün çempionu müəyyənləşib.

Millitribuna.az xəbər verir ki, bu, “Makkabi” (Hayfa) olub. Komanda 34-cü turda “Hapoel”lə (Berşeva) heç-heçə (1:1) edib və xallarının sayını 72-yə çatdıırıb. Hayfa təmsilçisi mövsümün sonuna 1 tur qalmış ən yaxın izləyicisi “Hapoel”i 5 xal qabaqlayıb. Beləliklə, “Makkabi” ardıcıl 2-ci dəfə İsrail çempionu olub.

Qeyd edək ki, “Makkabi” tarixində 14-cü dəfə ölkə çempionluğunu qazanıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.