İrlandiyada iki yüz illik pab satılır

İrlandiyanın Birr şəhərində 1823-cü ildə tikilən “Chestnut” (“Şabalıd”) pabı satılır.

Millitribuna.az xəbər verir ki, bar-restoranı Donal Boyd hərrac evini satışa çıxarıb.

Müəssisənin iki mərtəbədən, beş ayrı otaqdan və tam qapalı həyətdən ibarət olduğu bildirilir.

Pab əlavə siqaret çəkilən məkan və açıq sahə ilə təchiz olunub.

Qeyd edilir ki, obyektin həm ümumi, həm də şəxsi tədbirlər üçün nəzərdə tutulmuş otaqları var.

Pab dəfələrlə müxtəlif festivalların, konsertlərin və toyların keçirildiyi məkana çevrilib. Hazırkı sahibləri müəssisəni 1999-cu ildə əldə ediblər.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.