İraq ABŞ və Fransadan müasir silahlar alacaq

İraq ABŞ və Fransa ilə müasir silahların, o cümlədən artilleriyanın tədarükünə dair müqavilələr imzalayıb.

Millitribuna.az xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin nümayəndəsi, general-mayor Əbdül Ərdəvinin sözlərinə görə, son dövrlər İŞİD terrorçu dəstələri ilə mübarizədə özünü doğrultmuş müasir silahların, o cümlədən artilleriyanın idxalı üçün Fransa və Amerika ilə müqavilələr bağlanılıb.

İraq Müdafiə Sənayesi İdarəsinin rəhbəri Məhəmməd Saheb əl-Dərraci ölkənin müdafiə potensialını və ordunun imkanlarını artırmaq üçün yeni strategiyaya ehtiyac olduğunu vurğulayıb.

Əl-Dərraci əlavə edib ki, hərbi sənayenin inkişafı iqtisadi müharibələrin qarşısının alınması, sabit valyutanın qorunması və milli valyutanın möhkəmlənməsi üçün çox vacibdir.

Bundan əvvəl İraq hökuməti Türkiyə və Polşa ilə də hərbi-sənaye kompleksinin inkişafı və silahlanma sahəsində müqavilələrə imza atıb. Hazırda isə Böyük Britaniya və Pakistanla hərbi-texniki əməkdaşlığa dair sazişlər hazırlanmaqdadır.

İraq rəhbərliyi döyüş təyyarələrinin, o cümlədən yerli istehsal olan qırıcıların yığılması layihələrini təsdiqləyib. Həmçinin İraqda helikopterlərin hazırlanması, təmiri və texniki xidmət göstərilməsi ilə bağlı bəzi ölkələrlə danışıqlar aparılır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.