İranlı spiker İsveçdə Quranın yandırılmasını pislədi


İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İsveçdə Qurani-Kərimi təhqir edilməsini pisləyən açıqlama verib.

Millitribuna.az xəbər verir ki, çərşənbə axşamı parlamentin açıq iclasında çıxış edən Qalibaf deyib ki, dini müqəddəsliklərə qarşı bu cür hərəkətlər bütün dünyada müsəlmanların və monoteistlərin hisslərini incitdi.

O əlavə edib ki, İsveç siyasətçiləri bu aşkar və nəzərdə tutulmuş islamafobiyanı saxta söz azadlığı maskası arxasında gizlədə bilməzlər.

Xatırladaq ki, İsveç sağçılarının lideri Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimi yandırmaq üçün ölkə hökumətindən icazə alıb. O, hadisəni törədərkən polis tərəfindən mühafizə olunub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir