«İran əməllərini ört-basdır etmək üçün başqalarına söz atır» — Amerikalı ekspert

«İran köhnə təbliğat siyasətini davam etdirir».

Millitribuna.az xəbər verir ki, bunu “Report”a milli təhlükəsizlik üzrə amerikalı ekspert və hüquqşünas, jurnalist İrina Zukerman İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın son müsahibəsinə münasibət bildirərkən deyib.

O söyləyib ki, indiyədək bu cür insanların (Qarabağda terrorçulardan söhbət gedir – red.) mövcudluğuna dair hər hansı sübut tapılmayıb: «Əslində Azərbaycanın hərbi imkanları nəzərə alınsa, onlara ehtiyac duyulmasını iddia etmək də yersizdir. Həmçinin ərəbdilli muzdluların dil amili, hazırlıq qüsurları və s. məsələlər üzündən də yaramadıqları birmənalıdır”.

Ekspertin fikrincə, İranın apardığı təbliğat artıq sadəlövh və ya korrupsiyaya batmış şəxslər istisna olmaqla dünyanın heç bir yerində ciddi qəbul olunmur və ona görə də bu cür fəndə əl atır: “Öz ölkəsində minlərlə vətəndaşı qətlə yetirməsi, dünya üzrə terror hücumları və sui-qəsdlər təşkil etməsi ilə ad çıxaran bu rejim təczvüzkar əməllərini ört-basdır etmək üçün başqalarına söz atmaqla məşğuldur”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *