İradə İsak yeni vəzifəyə təyin olundu

Tanınmış telejurnalist İradə İsak yeni vəzifəyə təyin olunub.
Millitribuna.az Azvision.az-a istinadən xəbər verir ki, İradə İsak «AysMed” klinikasında direktorun birinci müavini təyin edilib.
«Övladımla əlaqədar uzun müddət çalışmırdım. Düşünürdüm ki, yenilikləri televiziya sahəsində edərəm. Lakin belə təklif gəldi və bu sahədə özümü sınamaq istədim. Klinikanın rəhbərliyi ilə əvvəl kiçik işlərimiz olmuşdu. Bəyəndilər və mənə bu vəzifəni təklif etdilər. Mənə etimad etdiyi üçün klinikamızın rəhbərliyinə təşəkkür edirəm”, — deyə İradə İsak bildirib.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *