İqor Korotçenko: «Lavrov rəsmi Tehranı sakitləşdirdi»

«Rəsmi Moskva İranın Azərbaycan ilə sərhədyanı bölgələrdə silahla davranışlarını müsbət qarşılamır».

Millitribuna.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko teleqram kanalındakı paylaşımda yazıb.

“Lavrov rəsmi Tehranı sakitləşdirdi. Rusiyanın XİN rəhbəri iranlı həmkarı ilə danışıqlar zamanı rəsmi Tehranı başa saldı ki, rəsmi Moskva İranın Azərbaycan ilə sərhədyanı bölgələrdə silahla davranışlarını müsbət qarşılamır və Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşdirilməsinin ən vacib amili kimi nəqliyyat kommunikasiyalarının, o cümlədən Zəngəzur dəhlizinin açılmasını görür”, — ekspert bildirib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *