İpoteka bazarında vəziyyət: Kreditlər üzrə aylıq ödənişlər artıb

2021-ci ilin 10 ayında banklar tərəfindən 304 100 000 manat həcmində ipoteka krediti verilib.

Millitribuna.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, noyabr ayının 1-nə vətəndaşların əldə etdiyi ipoteka kreditlərinin həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 96 500 000 manat və ya 46,5 faiz artıb.

Müvafiq dövr ərzində İpoteka və Kredit Zəmanət Fonduna dövlət tərəfindən 71 100 000 manat vəsait ayrılıb ki, bu rəqəm ötən ilin göstəricilərinə nəzərən 90 100 000 manat və ya 2,3 dəfəyə qədər azdır.

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi 282 000 000 manat olub.

Fondun ipoteka portfeli üzrə orta aylıq faiz dərəcəsi əvvəlki ayla müqayisədə sabit qalıb və 6,32 səviyyəsində olub. İlin əvvəlindən orta aylıq faiz dərəcələri 6,32-6,34 arasında dəyişib.

Orta aylıq ödənişlərin həcmi isə sentyabr ayı (383,2 manat) ilə müqayisədə oktyabr ayında artaraq 385,6 manat həcmində müəyyənləşib. İlin əvvəlindən orta aylıq ödənişlərin həcmi 370,2-385,6 manat arasında dəyişib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *