İnsanlara hər il peyvənd vurula bilər

İnsanlara qrip peyvəndi kimi hər il Covid-19 peyvəndi vurula bilər.

Millitribuna.az xəbər verir ki, bu haqda Ağ Evin Covid-19 ilə Mübarizə Bölməsinin rəsmiləri epidemiyanın gedişatı ilə bağlı mətbuat konfransında danışıblar.

“İndi dəqiqdir ki, Covid-19-un hər il yeni variantları yaranacaq. Qrip peyvəndləri kimi, yeni variantlara görə vaksin vurdurmağımız vacib ola bilər”, – ABŞ Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun (NIAID) direktoru Antoni Fauci burada etdiyi çıxışda bildirib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.