İnflyasiya əhalinin artan gəlirlərini tamamilə silib

Azərbaycanda 12 aylıq inflyasiya 20,3%, əhalisinin gəlirlərinin artım tempi isə 20% təşkil edib. Beləliklə, inflyasiya əhalinin artan gəlirlərini tamamilə silib.

Millitribuna.az xəbər verir ki, ilkin məlumatlara görə, 2022-ci ilin yanvar-iyul aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən nominal ifadədə 20 faiz artaraq 38 milyard 797,2 milyon manata çatmışdır.

Bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 3859 manatlıq gəlir düşmüşdür. Əhalinin sərəncamında qalan gəlirləri 34 milyard 568,7 milyon manat təşkil edib.

2022-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,2 faiz artaraq 827,1 manat təşkil etmişdir. Əməkhaqqı neft-qaz sektorunda 3535,3 manat, qeyri neft-qaz sektorunda 775,3 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 774,9 manat, özəl müəssisələrdə isə 886,9 manat olmuşdur.

2022-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 18,7 faiz, qeyri-ərzaq malları üzrə 7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 10,1 faiz artıb.

2022-ci ilin iyul ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz, əvvəlki ilin iyul ayına nisbətən 20,3 faiz artıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.