İmişlidə avtomobil aşıb: 2 yaralı

İmişlidə xəsarətlə nəticələnən yol qəzası olub.

Millitribuna.az-ın məlumatına görə, hadisə İmişli şəhərində qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində İmişli şəhər sakinləri – 1999-cu il təvəllüdlü Həsənli Aqşin Səhliyar oğlu və 1999-cu il təvəllüdlü Rzayev Rahim İnqilab oğlu xəsarətlər alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir