İlham Əliyev Volodimir Zelenskini Azərbaycana səfərə dəvət edib

Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskini Azərbaycana səfərə dəvət edib.

Millitribuna.az-ın xəbərinə görə, dövlət başçısı dəvətini yanvarın 14-də Kiyevdə V.Zelenski ilə mətbuata birgə bəyanatlarla çıxış edərkən çatdırıb.

“Fürsətdən istifadə edərək sizi Bakıya səfərə dəvət edirəm”, — Azərbaycan lideri bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin Ukraynaya işgüzar səfəri çərçivəsində bu gün ikitərəfli 6 sənəd imzalanıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *