“İlham Əliyev və Nikol Paşinyan arasında görüşün mümkünlüyü müzakirə olunur”

“Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması məsələsi müzakirə olunur”.

Millitribuna.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Ermənistanın həll etməli olduğu bəzi məsələlər var. Biz suallara cavab tapan kimi strukturun formalaşması üçün görüşlər başlayacaq. Həmçinin Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşün mümkünlüyü də müzakirə olunur”, – TŞ katibi bildirib.

Xatırladaq ki, mayın 2-də Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

 

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.