İlham Əliyev Özbəkistana gedəcək

İyunun 21-22-də Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda səfərdə olacaq.

Millitribuna.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin rəsmi saytı məlumat yayıb.

Səfərin gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.

İki dövlətin liderləri qarşılıqlı ticarətin həcminin artırılmasına, biznes və regional səviyyədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqinə, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsinə xüsusi diqqət yetirəcəklər.

Bundan əlavə, dövlət başçıları beynəlxalq və regional vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq, çoxtərəfli strukturlar çərçivəsində intensiv dialoqun və qarşılıqlı dəstəyin inkişafı məsələlərini müzakirə edəcəklər.

Yüksək səviyyəli danışıqların yekunu olaraq sənaye, nəqliyyat, kənd təsərrüfatı, energetika, elm və innovasiyalar, turizm və digər sahələrdə praktiki əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş möhkəm ikitərəfli sənədlər paketinin imzalanması planlaşdırılır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.