İlham Əliyev Estoniyanın yeni seçilmiş Prezidentinə məktub göndərib

Preizdent İlham Əliyev Estoniya Respublikasının yeni seçilmiş Prezidenti Alar Karisə təbrik məktubu ünvanlayıb.

Millitribuna.az xəbər verir ki, təbrik mətnində deyilir:

“Hörmətli cənab Karis,

Estoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Estoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Estoniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir