İlham Əliyev Çilinin yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-də Çili Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rodriqo Arkosun etimadnaməsini qəbul edib.

Millitribuna.az xəbər verir ki, səfir Rodriqo Arkos etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı Azərbaycanla Çilinin beynəlxalq təşkilatlar çərçivəsində və ikitərəfli formatda əməkdaşlıq etdiyini bildirib. Prezident İlham Əliyev ölkələr arasında ticarət, iqtisadiyyat sahələrində əlaqələrin qurulmasının önəmini vurğulayaraq biznes dairələri arasında əməkdaşlığın yaradılmasının vacibliyini vurğulayıb, bu baxımdan ölkələrimiz barədə məlumatların insanlara çatdırılmasının önəmini qeyd edib.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyinin 2023-cü ilə qədər uzadılması ilə bağlı Çilinin göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdi, Azərbaycanın bundan sonra da sədr kimi Qoşulmama Hərəkatına üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir Rodriqo Arkos ölkəsinin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bildirdi. Eyni zamanda, Azərbaycanın Qoşulmama Hərəkatına və Türk Dövlətləri Təşkilatına uğurlu sədrliyi ilə bağlı təbriklərini çatdırdı. Səfir Rodriqo Arkos Azərbaycanla Sakit Okean Alyansında müşahidəçi statusunda münasibətlərə xüsusi əhəmiyyət verdiklərini bildirdi, post-COVID dövründə ölkələrimiz arasında daha sıx əlaqələrin qurulacağına əminliyini ifadə edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *