İkinci Süveyş kanalı açıla bilər

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrail-Misir sərhədində Süveyş kanalına alternativ kanal açılması planlarını araşdırmağa başlayıb.

Millitribuna.az xəbər verir ki, bu barədə İngiltərənin “Guardian” qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, yeni kanalın Akabe körfəzinə açılması planlaşdırılır. Belə ki, daha əvvəl BMT adından texniki-iqtisadi əsaslandırma aparmış beynəlxalq tunel açma şirkəti “OFP Lariol” 2-ci Süveyş kanalının 5 il ərzində qazıla biləcəyini açıqlayıb.

“Texnologiya, Süveyş Kanalının qazılmağa başlandığı 1850-ci illərdən bəri böyük ölçüdə dəyişib. Yeni kanalla bağlı problem, buraya su verilməsi ilə Aralıq dənizindəki suyun səviyyəsinin bir qədər azalması, daha geniş və daha uzun sahillərin peyda olması ehtimalıdır”, — deyə araşdırmanı aparan qrupun üzvü Iver Shovel bildirib.

BMT-nin baxdığı bir başqa ehtimal isə Qırmızı dənizi Nil çayı ilə bağlayan qədim Firon Kanalının canlandırılmasıdır. Fars İmperatoru I Dara dövründə açılan kanal 769-cu ildə bağlanmışdı. Mütəxəssislər Nil çayının «Ever Given» kimi 20 000 konteyner tutumu olan nəhəng gəmilərin keçməsi üçün uyğun olmayacağını bildiriblər.(report)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app