İkinci doza vaksini vurdurmayan şəxslərə möhlət veriləcək

“Azərbaycanda istifadə olunan bütün vaksinlərin hamısı iki dozalıdır”.

Millitribuna.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən İşçi Qrupun üzvü Nailə Daşdəmirova deyib.

O bildirib ki, 28 gün ərzində üzrlü səbəbdən ikinci dozanı ala bilməyən şəxslərə 56 gün şans verilir:

“Həmin müddətdə də ikinci dozanı vurdurmayanlar artıq növbəti 6 ay üçün gözləməli olacaqlar. Yalnız 18 yaşına çatmayanlar, xroniki ağır xəstəliyi olanlar, hamilə və südverən analar vaksin vurdura bilməzlər”.(report)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *