İbrahimoviç məşhur filmə çəkilir

«Milan» klubunun hücumçusu Zlatan İbrahimoviç özünü aktyor kimi sınamaq qərarına gəlib.

Millitribuna.az axşam.az-a xəbər verir ki, bu barədə futbolçu İnstaqram səhifəsində məlumat verib.

39 yaşlı futbolçu «Asteriks və Obeliks: İpək yolu» filmində Roma legioneri «Antivirus» rolunda çəkiləcək.

Ekran işi 2022-ci ildə tamaşaçılara təqdim olunacaq.

Qeyd edək ki, bu ilin payızında idmançı haqda lentə alınan «Mən Zlatanam» adlı bədii film də izləyicilərin ixtiyarına veriləcək.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *