“Hörümçək adam” komiksinin bir səhifəsi satıldı

“Hörümçək adam” komiksinin 1984-cü il buraxılışının 25-ci səhifəsi ABŞ-dakı “Heritage” auksion zalında keçirilən hərracda 3,36 milyon dollara satılıb.

Millitribuna.az xəbər verir ki, 330 min dollara açılan hərracda komiksin səhifəsinə verilən qiymət ilk gündə 3 milyon dolları keçərək sahibini tapıb.

Həmin gün “Supermen” komiksinin köhnə nömrələrindən birinin də 3,18 milyon dollara satıldığı bildirilib.

Hər iki komiksin alıcısının kimliyi açıqlanmayıb.

Qeyd edək ki, ABŞ komiksinin daxili səhifəsi üçün əvvəlki rekord 657.250 dollara satılan “İnanılmaz Halk”ın 1974-cü il buraxılışı olub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.