Honda: «Neftçi»yə pula görə gəlməmişəm»

“Yeni çağırış axtarırdım və Bakını seçdim. Mənə oynamaq lazım idi. Biz çempion olmağa çalışırıq”.

Millitribuna.az xəbər verir ki, bu sözləri “Neftçi”nin yeni transferi Keysuke Honda “La Gazetta dello Sport”a müsahibəsində deyib.

“Neftçi”yə keçidi haqda danışan Yaponiya millisinin keçmiş üzvü paytaxt təmsilçisinə pul və ya karyera üçün gəlmədiyini bildirib: “Mənə özümü göstərmək üçün həmişə yeni stimullar lazımdır. Bu, karyera məsələsi deyil. Karyera barədə gənc ikən düşünürdüm. Pul məsələsi də deyil. Mən yalnız öz ehtirasım, futbol arxasınca düşmüşəm.

Çoxları «Keysuke qurtarıb» deyir. Mən yalnız problemlər barədə düşünür və sevdiyim işi görürəm. Bu gün Bakıdayam, sabah isə kim bilir harada”.

Xatırladaq ki, 36 yaşlı yarımmüdafiəçi «Neftçi» ilə mövümün sonuna qədər müqavilə imzalayıb.(qol.az)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *