«Heç bir güc İranı tərpədə bilməz» — Xamenei

Bu gün İranın Ali lideri Əli Xamenei qarşıdan gələn prezident seçkiləri ilə bağlı xalqa müraciət edib.

Millitribuna.az xəbər verir ki, Ayətullah Xamenei «müəllim» və «zəhmətkeşlər» günü münasibətilə canlı yayımlanan çıxışında bildirib ki, seçkilər sözün əsl mənasında mühüm bir fürsətdir.

«Xalqı seçkilərdən məyus etmək yanlışdır. Aldadıcı vədlər verilməməli və namizədlər öz platformalarını təqdim etməlidirlər. Seçkilər dövlətçiliyimizin təməllərini möhkəmləndirir», deyə Ali lider vurğulayıb.

O qeyd edib ki, xalq seçkiyə gələrsə, heç bir güc ölkəni tərpədə bilməz:

«Seçkidə iştirak edən vətəndaş əslində ölkənin və gələcəyin taleyini düşünür. Bu səbəbdən kimsə seçkilərin əhəmiyyətini şübhə altına almamalıdır. Əmanətə xəyanət ötən heç bir seçkidə mütləq baş verməyib. Buna görə də yalan yerə ittiham etmək əxlaqa ziddir, iğtişaş isə cinayətdir». (apa)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *