Həyat yoldaşı: «Mixeil Saakaşvili siyasi məhbusdur»

«Mixeil Saakaşvili siyasi məhbusdur».

Millitribuna.az report.az-a istinadən xəbər verir ki, bunu onun həyat yoldaşı Yelizaveta Yasko jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, gürcü xalqı həm öz, həm də M.Saakaşvilinin gələcəyini qorumalıdır.

Y.Yasko həyat yoldaşının tezliklə azadlığa çıxacağını çox arzuladığını bildirib.

Qeyd edək ki, Y.Yasko Gürcüstandadır. O, bu gün Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsində M.Saakaşiliyə baş çəkib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *