“Hərbi əsirlərin mübadiləsi başa çatdırılıb” — XİN başçısı

2Qarşı tərəfin iddialarına əsasən Azərbaycanda saxlanılan hərbçilər barədə məsələ bir daha ətraflı olaraq litvalı həmkarımın diqqətinə çatdırıldı. Baxmayaraq ki, Azərbaycan bu barədə beynəlxalq təşkilatlara, bütün maraqlı tərəflərə məlumat verib».

Millitribuna.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda litvalı həmkarı Gabrielius Landsbergis ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

C.Bayramovun sözlərinə görə, həmkarına Azərbaycanın üçtərəfli bəyanat çərçivəsində bütün öhdəliklərini məsuliyyətlə yerinə yetirdiyi barədə məlumat verilib.

«Noyabr ayının sonunda hərbi əsirlərin mübadiləsi başa çatdırıldı. Bundan sonra dekabr ayının sonunda qanunsuz olaraq Azərbaycan ərazilərinə göndərilmiş Ermənistan hərbçiləri cinayətlər törətmişdilər. Azərbaycan tərəfinin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində onların bir qismi zərərsizləşdirildi, 62 nəfər tutuldu. Hadisə ilə bağlı cinayət-istintaq tədbirləri davam edir. Onların əməllərinə Azərbaycan qanunvericiliyinə uyğun olaraq müvafiq qiymət veriləcək. Onlar hamısı Ermənistan vətəndaşlarıdır», -deyə XİN başçısı vurğulayıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *