Hər gün ağ çörək yemək təhlükəlidir

Alimlərin fikrinə görə, hər gün ağ çörək və ağ undan hazırlanmış qidaların istehlakı təhlükəlidir və infarktın riskini artırır.

Millitribuna.az ixtisaslaşmış The bmj jurnalına istinadla bildirir ki, hər gün çoxlu miqdarda çörək,  makaron və s. un məmulatlarının qəbulu insanlarda ürək patologiyalarının və o cümlədən infarkt riskinin artması ilə sıx əlaqəlidir.

Alimlər bildirirlər ki, “hər gün ağ undan hazırlanmış 350 qr məhsulun qəbulu vaxtından tez ölümün riskini 27% artırır”.

Araşdırma zamanı 21 ölkədən olan 150 min insanın 10 ilə yaxın müddət ərzində sağlamlıq və qidalanma haqqında məlumatları təhlil olunub.

Mütəxəssislər aşkar ediblər ki, ağ undan hazırlanan məhsulların istehlakı arterial təzyiqin qalxmasına səbəb olur və həmçinin qanda şəkərin kəskin qalxmasına gətirib çıxardır. Yüksək şəkər qanı qatılaşdırır, damarlarda iltihab yaradır ki, bu da damarları zədələnmə və aterosklerozun inkişafına meylli edir.

Bunları nəzərə alaraq mütəxəssislər ağ undan hazırlanmış məhsulların istehlakını gün ərzində 50 qr qədər azaltmağı tövsiyə edirlər. Onların əvəzinə tərəvəz, göyərti və tamdənli taxılların istehlakını artırmağa çağırırlar.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *