Həkim: “Gündəlik peyvəndlənmə test sayından beş dəfə çox olmalıdır”

“Azərbaycanda gündəlik peyvənd olunanların sayı koronavirus testlərinin sayından 4-5 dəfə yüksək olarsa, yəni gündəlik 50-60 min nəfərə peyvənd vurulsa, virusun öhdəsindən gəlmək mümkün olar”.

Millitribuna.az xəbər verir ki, bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında həkim Ümüd Səlimzadə deyib.

Vətəndaşların peyvənd olunmaqda maraqlı olmadığını bildirən həkim qeyd edib ki, əhali nə qədər tez peyvəndlənərsə, karantin də bir o qədər tez yumşaldılar.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *