Həkim: “Başgicəllənmə, halsızlıq, üşütmə varsa, oruc pozulmalıdır”

“Oruc tutan şəkərli diabet xəstələrində başgicəllənmə, halsızlıq, üşütmə varsa, oruc pozulmalıdır”.

Millitribuna.az xəbər verir ki, bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Vüsalə Babayeva deyib. O bildirib ki, oruc tutan şəkər xəstələri müayinə olunmalı və şəkəri nəzarət altında saxlanılmalıdır:

“Yanaşı xəstəliyi olanların oruc tutması immun sistemini aşağı sala və xroniki xəstəliyi üzə çıxara bilər. Lakin qanda şəkərin səviyyəsi normada olanlar və yanaşı xəstəliyi olmayanlar oruc tuta bilərlər. Çünki elə şəxslər var ki, onlarda xəstəlik yüngül səviyyədədir. Təbii ki, bu zaman dərmanların qəbul edilməsi vaxtını oruca uyğun dəyişirik. Bunu xəstə özbaşına deyil, həkim məsləhəti ilə etməlidir. Lakin elə şəxslər də olur ki, onlar oruc tutur və özünü pis hiss edirlər. Əgər başgicəllənmə, halsızlıq, üşütmə varsa, dərhal şəkər ölçülməlidir. Şəkər həddindən artıq düşübsə, dərhal oruc pozulmalıdır”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *