Həccə gedənlərdən koronavirus sığortası tələb olunacaq

Bu il Səudiyyə Ərəbistanına Həcc ziyarəti yalnız koronavirus əleyhinə tibbi sığorta təqdim etməklə mümkün olacaq.

Millitribuna.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı hökumətinin qərarında deyilir.

Tibbi sığorta şəxsin xəstələnəcəyi təqdirdə koronavirusdan müalicə, karantinə alınma, eləcə də zəruri hallarda vətənə yola salınma xərclərini qarşılamalıdır.

Qeyd edək ki, ötən həftə sonu Səudiyyə Ərəbistanı sərhədləri açdığını və öz vətəndaşlarının səyahət məhdudiyyətlərini aradan qaldırdığını elan etmişdi.

Bu il Həcc ziyarəti iyulun ikinci yarısı olacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *