«Həbsxana mənə yaxşı təsir etdi» — Halil Sezai

Müğənni Halil Sezai maraqlı açıqlaması ilə diqqət çəkib.

Millitribuna.az axşam.az-a istinadən xəbər verir ki, qonşusunu döyərək həbs olunan, daha sonra isə azadlığa buraxılan ifaçı proqramlardan birinə qonaq olub. Veriliş zamanı Sezai həbsxana həyatından danışıb:

“Məşhur olmağa qarşıyam. Ölkəmizdə bu hadisələr gündə bəlkə 100-200 dəfə baş verir. Amma bu qədər ictimailəşdirilmir. Həmin günü tam olaraq xatırlamıram. Çox əsəbi də deyildim. Hər şey bir anda oldu. Xırdalıqlar haqda danışmaq istəmirəm. Bu hadisəyə görə həbsxanaya girdim. Bəlkə sözlərimə təəccüblənəcəksiniz, amma orada qalmaq mənim üçün çətin olmadı. Əksinə, həbsxana mənə yaxşı təsir etdi. Qalmaq üçün bir otaq verdilər. Bütün günü kitab oxudum. Bu vəziyyətə necə gəldiyim haqda düşündüm”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *