Həbib Nurməhəmmədovun adı UFC-nin “Şöhrət zalı”na düşdü

Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov adı UFC-nin “Şöhrət zalı”na daxil edilib.

Millitribuna.az xəbər verir ki, tədbir Las-Veqasda (ABŞ) keçirilən rəsmi mərasimdə elan olunub.

Xatırladaq ki, H.Nurməhəmmədov karyerasının son döyüşünü 2020-ci ilin oktyabrında ABŞ təmsilçisi Castin Qetjiyə qarşı keçirib.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunan görüşdə o, boğucu fəndlə rəqibi təslim olmağa vadar edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.