Gürcüstanın “Dinamo” klubu satışa çıxarılır

Gürcüstanlı iş adamı Roman Pipiya “Dinamo” (Tbilisi) klubunu satmağı qərara alıb.

Millitribuna.az-ın məlumatına görə, yaxın vaxtlarda bu qərarla bağlı rəsmi açıqlama veriləcək.

Nəşr bildirib ki, azarkeşlərin bir neçə il “Pipiyasız “Dinamo” şüarı səsləndirməsi buna səbəb olub.

56 yaşlı funksioner komandaya bir neçə təcrübəli mütəxəssis və futbolçular cəlb etsə də, fanatların ölkənin ən titullu klubunu yenidən avrokubokların qrup mərhələsində görmək istəyi baş tutmayıb.

Ölkəsinə qayıtmazdan əvvəl uzun illər Rusiyada çalışmış iş adamı 2011-ci ilin yanvarında paytaxt təmsilçisini alıb və “Dinamo”ya bir neçə milyon ABŞ dolları sərmayə qoyub. Onun rəhbərliyi dövründə paytaxt təmsilçisinin ev oyunlarını keçirdiyi “Dinamo Arena” və məşq bazarı yenidən qurulub, Vitaly Daraseliya adına futbol akademiyası fəaliyyətə başlayıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.