Gürcüstanda karantin müddəti qısaldılıb

Gürcüstanda koronavirusun yayılmasına görə tətbiq olunan təcrid və karantin müddəti qısaldılıb.

Millitribuna.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi qərar qəbul edib.

Yanvarın 17-dən qüvvəyə minəcək qərara əsasən, xəstəliyi simptomsuz keçirənlər üçün təcrid müddəti 8 gün, orta və ağır simptomların olduğu halda isə 10 gün müəyyən olunub. Karantin və təcrid müddəti başa çatandan sonra 5 gün ərzində qoruyucu maskadan istifadə israrla tövsiyə olunub.

Təcrid və karantin müddətinin qısaldılması həm koronavirus xəstələri, həm də onlarla təmasda olanlara aid ediləcək.

Qeyd edək ki, hazırda Gürcüstanda təcrid və karantin müddəti 12 gün davam edir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *