Göyçay sakini qardaşını bıçaqlayıb

Göyçayda bıçaqlanma hadisəsi baş verib.

Millitribuna.az xəbər verir ki, hadisə rayonun İkinci Ərəbcəbirli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1974-cü il təvəllüdlü Soltanov Natiq Mövsüm oğlu aralarında yaranmış münaqişə zəminində qardaşı, 1981-ci il təvəllüdlü Soltanov Ramin Mövsüm oğluna bel nahiyəsindən 2 bıçaq xəsarəti yetirib.

Yaralı dərhal ətrafdakı insanların köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *